Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalova hökm oxundu – 13 il

Vidadi Zeynalova hökm oxundu – 13 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində yekunlaşır.

“Qafqazinfo”nun xəbərinə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesin bugünkü iclasında hökm edlan ediləcək.

Hazırda təqsirləndirilən şəxslər zala gətirilib və iclas başlayıb.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək  Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə , “Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədova və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, “Azərpoçt” sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza verilməsini istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər – “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova “Aztelekom”MMC-in direktoru Məhəmməd Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinə şərti cəza verilməsini istəyib.

***

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il

BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il

“Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədov 10 il

“Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın