Ana səhifə / Cəmiyyət / “Veysəloğlu” xalqdan dəstək istədi – Video

“Veysəloğlu” xalqdan dəstək istədi – Video

“Yerli bazarda uğur qazana bilməyən məhsul, xarici bazarda da uğur qazana bilməz”.

“ Azinforum.az ” ın məlumatına görə, bunu Bakıda keçirilən Caspian Energy Forumda “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov bildirib.

İş adamının sözlərinə görə, Azərbaycan vətəndaşları yerli məhsullara az üstünlük verirlər:

“Xalqımızın yerli məhsullara rəğbəti artmalıdır. Xalqımızın dəstəyinə ehtiyacımız var. Mən hesab edirəm ki, daxili bazarda uğur qazanmayan,qəbul edilməyən məhsul, xarici bazarda da qələbə qazana bilməz. Bu yaxınlarda bir gürcü ilə Gürcüstan bazarında çoxdan yerini tutmuş bir yerli məhsul barədə söhbət etdim. Gürcü, həmin məhsulun keyfiyyətini çox da bəyənmədiyini bildirdi. Amma qeyd etdi ki, aldığı məhsulların 70%-i yerli, 30%-i xarici məhsullar olur. O, bunu vətəndaşlıq borcu ilə izah etdi. Azərbaycanda isə təəssüf ki, yerli məhsullara çox böyük üstünlük verirlmir. Biz “Ulduz” şokoladlarını istehsal edirik. İstehsalın genişləndirilməsi, ixrac gücümüzün daha da artması üçün xalqımızın dəstəyinə ehtiyacımız var”.

“DEVALVASİYA BİZƏ CİDDİ TƏSİR ETDİ”

Aydın Talıbov əlavə edib ki, son 2 ildə Manatın təxminən 2 dəfə dəyərdən düşməsi “Veysəloğlu” şirkətinə ciddi mənfi təsir etmişdi. Lakin Prezident İlham Əliyevin təsirli islahatları, sahibkarlara və ixraca verilən dəstək bu zərəri azaldıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın