Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “Vergi ombudsmanı hakimiyyətə xidmətlə məşğul olacaqsa…”

“Vergi ombudsmanı hakimiyyətə xidmətlə məşğul olacaqsa…”

“Hesab edirəm ki, vergi ombudsmanının fəaliyyəti vergi ödəyiciləri, iş adamları ilə vergi orqanları arasında bu sahədə baş verən neqativ hallarda barışdırıcı rol oynayacaq. Bəzi problemli məsələlərin isə məhkəmələrə gedib çıxmadan həllinə çalışılacaq. Ümid edirəm ki, məhz belə də olacaq”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsinin yaradılmasını şərh edərkən Bakupost.az -a bildirib.

Onun fikrincə, Baş İdarə vergi ödəyicilərinin hüquqlarını qoruya bilən bir instituta çevrilməlidir:

“Əgər sözügedən institutun işi effektiv və güvənilir olacaqsa, iş adamlarının, iş dünyasının güvənini qazanacaqsa, məhkəməyə gedən işlərin sayı xeyli azalacaq. Vergi ombudsmanı institutu hakimiyyətin maraqlarını həyata keçirməklə, ona xidmətlə məşğul olmamalıdır. Belə olacaqsa, effektivliyi aşağı düşəcək”.

N.Cəfərlinin sözlərinə görə, vergi ombudsmanı biznes subyektləri arasında olan mübahisələri tənzimləməli deyil:

“Bu, biznes subyektləri ilə dövlət arasında olan mübahisələri tənzimləmək institutudur. Ona görə düşünürəm ki, bu institut səmərəli fəaliyyət göstərsə, məhkəmələrə gedən işlərin sayı azalacaq. Bu da nəticə etibarı ilə biznesin inkişafına müsbət təsir edəcək”.

Həmçinin oxuyun

NAZİR: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O …