Cümə axşamı , May 23 2024
Ana səhifə / Cəmiyyət / “Ventto Telekom” ilə “Paşa Bank” arasında məhkəmə çəkişməsi davam edir

“Ventto Telekom” ilə “Paşa Bank” arasında məhkəmə çəkişməsi davam edir

Azərbaycanda məişət texnikası və elektronika məhsullarının satışı üzrə aparıcı mağazalar şəbəkələrindən birinin sahibi olan “Ventto Telekom” MMC (VÖEN – 1402520541) “Paşa Bank” ASC-yə qarşı növbəti məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, “Ventto Telekom”un iddiasına bu dəfə Ali Məhkəmədə hakim İlqar Dadaşov tərəfindən baxılacaq.
Qeyd edək ki, ötən ilin yanvar ayında “Ventto Telekom” MMC kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq “Paşa Bank” ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
Məlumat üçün bildirək ki, “Ventto Telekom” MMC 13 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, 20 Yanvar., ev 21B, m. 93-də yerləşir. Şirkətin qanuni təmsilçisi İmanov Elməddin Səxavət oğludur.
Barəsində iddia qaldırılan “Paşa Bank” ASC isə Azərbaycanda kredit portfeli 1 milyard manatdan çox olan 4 bankdan biridir.

Həmçinin oxuyun

Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan …