Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Cəmiyyət / Vasif Talıbovdan yeni təyinat – İsmayıl Qəribli komissiya sədri oldu

Vasif Talıbovdan yeni təyinat – İsmayıl Qəribli komissiya sədri oldu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya sədr təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin edilib.

Qeyd edək ki, İ. Qəribli Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olub.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Etibar Musayevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsindən azad edib.

 

Həmçinin oxuyun

Sürücülərə şad xəbər: Bu qayda sadələşdirildi

Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı …

Bir cavab yazın