Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / Vasif Talıbovdan DTX-nın yeni rəisinə tapşırıq

Vasif Talıbovdan DTX-nın yeni rəisinə tapşırıq

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilib.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

DTX-nın yeni rəisi Nurlan Pənahov çıxış edərək deyib ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərirdilər. Lakin bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri Dövlət Təhlükəsizliyi Xidmətini, eləcə də xidmətin şəhər və rayon idarələrini də əhatə edib, müasir iş şəraiti yaradılıb, əməkdaşların sosial-məişət şəraiti yaxşılaşdırılıb. 

Vasif Talıbov müşavirədə çıxış edərək Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə dövlət idarəetmə strukturunda aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə Xarici Kəşfiyyat Xidməti yaradıldığını və əsasnamələrinin təsdiq edildiyini xatırladıb.

“Yaşadığımız dövr, dünyada baş verən proseslər milli təhlükəsizliyin təmin olunmasını əsas vəzifələr sırasına çıxarmışdır. Ərazi bütövlüyünün və ictimai-siyasi sabitliyin pozulması, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması, ölkənin daxili işlərinə müdaxilə, beynəlxalq terrorçuluq, dövlət sirrinin əldə olunmasına olan cəhdlər və bu kimi digər fəaliyyətlər hər bir ölkə üçün əsas təhdidlər sırasındadır. Ona görə də kəşfiyyat və əks kəşfiyyat sahəsində işin düzgün təşkili birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verir”.

Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşdiyini deyən V. Talıbov işğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri etdiyini vurğulayıb: “Ona görə də muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Xarici Kəşfiyyat Xidməti muxtar respublikada siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki, informasiya və digər sahələrdə dövlətin maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş fəaliyyətini daha da gücləndirməlidir. Bu zaman xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət maraqlarına qarşı yönəlmiş niyyətləri, planları barədə məlumatlar əldə edilməli, təhlükəsizliyə real və potensial təhdidlər proqnozlaşdırılaraq ümumiləşdirmələr aparılmalıdır”.

Ali Məclisin Sədri tapşırıb ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi üçün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyini artırmalıdır.

Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti vaxtında aşkarlanmalı, real və potensial təhdidlər proqnozlaşdırılmalı, adekvat tədbirlər görülməlidir. Muxtar respublikada ictimai həmrəyliyə qarşı yönəlmiş hərəkətlərin qarşısı alınmalı, xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirilməlidir.

Vasif Talıbovdan DTX-nın yeni rəisinə tapşırıq

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …