Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Təbrizlə memorandum imzaladı

Vasif Talıbov Təbrizlə memorandum imzaladı

Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan əyaləti İranın Təbriz və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalayıb.

Bu barədə Report.az  Mehr agentliyinə istinadən xəbər verir.

Sənəd 12 bənddən ibarətdir. Memorandumu Şərqi Azərbaycan əyaləti ostandarı İsmail Cabbarzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıblar.

Memorandum kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Naxçıvana İranın Şərqi Azərbaycan əyalətində istehsal olunan məhsullarının ixracı ilə bağlı niyyətini özündə əks etdirir.

Tərəflər həmçinin texniki və mühəndislik xidmətləri, səhiyyə və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və sair məsələlər üzrə razılığa gəliblər.

Xatırladaq ki, Vasif Talıbov ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmək üçün çərşənbə axşamı Təbrizdə gəlib. O burada bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın