Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Təbrizə gedib

Vasif Talıbov Təbrizə gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan Ostanının mərkəzi Təbrizə səfərə gedib.

“Trend”-in İranın İRİB xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Talıbov Təbrizdə Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri tərəfindən qarşılanıb.

V.Talıbov səfər zamanı Şərqi Azərbaycan valisi İsmayıl Cəbbarzadə ilə görüş keçirəcək. Görüşdə iki tərəf arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri, həmçinin Şərqi Azərbaycan Ostanının tacirləri və iş adamları ilə də görüş keçirəcək, Təbriz Tibb Universitetində keçiriləcək tədbirdə iştirak edəcək.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın