Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / VASİF TALIBOV SƏNGƏRDƏ – FOTOLAR

VASİF TALIBOV SƏNGƏRDƏ – FOTOLAR

Cəbhədəki 4 günlük qanlı döyüşlər haqlı olaraq nəinki qarşıdakı günlərdə, növbəti aylarda və hətta il boyu ölkə mediasının və bütövlükdə cəmiyyətin eninə-uzununa təftiş edəcəyi əsas gündəm mövzularından biri olacaq. Bu da təsadüfi deyil, bizi atəşkəsdən 22 il, işğal altındakı torpaqlarımızı da az qala 22 əsr ayırır. Amma son qələbələr məmləkət insanının üzünü güldürdü, içində sönmüş vulkanı alovlandırdı, qələbəyə inamı birə beş artırdı. Bir sözlə, 4 günün qazancı ilə itkilərini müqayisə etdikdə bir üzümüzdən kədər, o biri üzümüzdən sevinc göz yaşları axdı…

Göz yaşlarından söz düşmüşkən, ölkə misilsiz ehtiramla şəhidlərini son mənzilə yola salır. Hər yerdə hüzn, hər yerdə qisas hissi ilə alışıb yanan vətənpərvər igidlər ordusu “Rədd olsun atəşkəs” deyir.

İgid şəhidlərimizin son mənzilə yola salınması mərasimlərindən ən möhtəşəmi Naxçıvanda gerçəkləşdi və şəhid mayorumuz Rasim Məmmədovun cənazəsinin Naxçıvan hava limanında qarşılanması mərasimindəki izdihamı, hayqırtıları müşahidə edən hər kəsdə belə bir inam hakim kəsildi ki, biz tezliklə o torpaqları geri qaytaracağıq və işğalçıların Vətən torpağında qazdıqları səngərlər onların məzarı olacaq…

Təbii ki, 4 günlük bu müharibə çox böyük dərslər də verdi münaqişə tərəflərinə və hamı səhvlərin harada buraxıldığını, nələrin qaydasında olmadığını bir daha sınaqdan çıxardı. Azərbaycan cəmiyyəti də qələbə ilə yanaşı bəzi təqdirəlayiq yenilikləri mənimsəməsi ilə yadda qaldı və bunlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəhid mayorumuzun cənazəsinin qarşılanma mərasimindən tutmuş dəfn və yas mərasiminədək bütün prosesi şəxsi nəzarətinə götürərək dəfələrlə vəziyyətlə maraqlanması oldu.

Naxçıvandakı mənbələrimizdən aldığımız məlumata görə, Ali Məclis sədri qeyri-adi diqqət və səmimiyyət sərgiləyərək şəhid mayorumuzun haqq etdiyi urvatda son mənzilə yola salınması mərasimlərinin təşkili üçün ciddi tapşırıq verib. Ötən günsə şəhidin 3 mərasimi olmasa belə Babək rayonunun Cəhri kəndinə gələrək yas mərasimində xeyli oturub və şəxsən başsağlığını çatdırıb. Ali Məclis sədrinin bu addımı təkcə şəhid ailəsinin deyil, mərasimə toplaşanların hamısının ürəyindən xəbər verib və hamı bunu məmnuniyyətlə qarşılayıb.

Təbii ki, bütün ölkə üzrə şəhidlərimiz xalqımız tərəfindən hörmət və ehtiramla yola salınıb. Amma təəssüf ki, biz dəfn və yas mərasimlərində yüksək çinli məmurları və hətta millət vəkillərini görmədik. Halbuki nəinki nazirlər, millət vəkilləri, hətta baş nazirin müavinləri də şəhid tabutuna girməyi, yas mərasimlərində xalqla, matəm içərisində olanlarla bir yerdə olmalı, onlara təsəlli verməli idilər. Vasif Talıbovsa muxtar respublikanın rəhbəridir və Naxçıvan adlı məmləkətin birinci şəxsidir. Gəlin razılaşaq ki, o bu dəfə də birinci olmağı bacardı və ölkənin bütün məmur kontingenti üçün hər zaman minnətdarlıqla xatırlanan daha bir nümunənin əsasını qoydu…

Xatırladaq ki, şəhid mayorumuzun 3 mərasimi aprelin 7-də keçiriləcək.


Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...
Vasif Talıbov nümunəsi...

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …

Bir cavab yazın