Bazar , Sentyabr 15 2019
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov “Göycə festivalı”nda – FOTOLAR

Vasif Talıbov “Göycə festivalı”nda – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, mayın 27-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində Göycə festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göycə festivalında iştirak edib.
Ali Məclisin Sədri və tədbir iştirakçıları Naxçıvan göycəsinin sərgi-satışı ilə tanış olublar.
Məlumat verilib ki, bu il muxtar respublikada bol göycə yetişdirilib. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılıb. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunub. Naxçıvan göycəsi hazırda daxili bazarın tələbatını ödəməklə yanaşı, satış üçün ölkəmizin digər bölgələrinə də göndərilir.
Göycədən hazırlanan müxtəlif fiqurlar maraqlı kompozisiya yaradıb, Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının ifaları festivala xoş ovqat qatıb. Bu cür festivalların keçirilməsi Naxçıvan məhsullarının tanıdılması ilə yanaşı, turistlərin də böyük marağına səbəb olur.
Festival iştirakçıları monitorda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan göycəsi haqqında söylədiyi fikirlərin videogörüntülərini izləyiblər.
Ali Məclisin Sədri göycə yetişdirən torpaq mülkiyyətçiləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Festivalın keçirilməsinin Naxçıvan göycəsinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Nehrəm kənd sakini, bağban Tofiq Abutalıbov muxtar respublikada meyvəçiliyin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını, istehsal etdikləri məhsulları kənd təsərrüfatı yarmarkalarında rahat şəkildə satdıqlarını bildirib, bütün bunlara görə torpaq mülkiyyətçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri Göycə festivalının təşkilatçılarına təşəkkürünü bildirib, festivalın ənənə halını almasının əhəmiyyətini qeyd edib, göycə meyvəsinin elmi şəkildə öyrənilməsi və çoxaldılması, yeni bağların salınması, göycədən sənaye üsulu ilə məhsul istehsalının genişləndirilməsi və ixracı barədə aid təşkilatlara tapşırıqlar verib.
Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Vasif Talıbov "Göycə festivalı"nda- FOTOLAR
Vasif Talıbov "Göycə festivalı"nda- FOTOLAR

 

Həmçinin oxuyun

Sabiq millət vəkili vəfat etdi (FOTO)

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.Publika.az xəbər …

Bir cavab yazın