Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Bakıxanovla görüşdü – FOTO

Vasif Talıbov Bakıxanovla görüşdü – FOTO

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq Artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Tofiq Bakıxanov ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azinforum.az-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Ali Məclisin Sədri ona yeni yaradıcılıq uğurları arzulayıb.

Xalq Artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın