Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Vasif Tağıyevin valideynləri: “Qürur duyuruq” – VİDEO

Vasif Tağıyevin valideynləri: “Qürur duyuruq” – VİDEO

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları ilə birlikdə vətənə dönənlərdən biri də səfirliyə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevdir.

Qəhrəmanlıq edərək terrorçunu zərərsizləşdirən və bu zaman yaralanan təhlükəsizlik xidmətinin əməkdaşının valideynləri övladları ilə fəxr etdiklərini və onun sağ-salamat vətənə döndüyü üçün çox şad olduqlarını bildiriblər.

Vasifin atası Natiq Tağıyev yoldaşlarını xilas etdiyi üçün oğlu ilə fəxr etdiyini qeyd edib. O, terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun ailəsinə isə başsağlığı verib.

Həmçinin oxuyun

Hadı Rəcəbli vəfat etdi

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.  APA xəbər verir ki, o, bu gün 76 yaşında …