Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / Vardanyanın “arvad dərdi”

Vardanyanın “arvad dərdi”

Separatçıların qondarma “naziri” Ruben Vardanyan növbəti dəfə ağır duruma düşmələrindən danışıb. O, İsveç Milli Radiosuna verdiyi müsahibədə Bakıya təzyiq mexanizmlərinin olmamasından da gileylənib.
– Beynəlxalq ictimaiyyətdən bizə hava dəhlizi verməsini tələb edirik. Belə olsa, ərzaq və zəruri əşyalar gətirə bilərik. Lakin Azərbaycan buna imkan vermir, – təxribatçı “nazir” deyib.

Vardanyan Britaniyanın “Byline Times” nəşrinə də diqqət çəkən açıqlama verib. O, iddia edib ki, guya Qarabağ erməniləri iyirmi gündən çoxdur məqsədli şəkildə “mühasirəyə alınıblar”. Halbuki, Xankəndiyə gedən yolu aksiya iştirakçıları deyil, rus sülhməramlılar bağlayıb, nəqliyyatın fəaliyyətini dayandırıblar.

“Artıq əsas ərzaq məhsulları bitib və bölgədə ərzaq qıtlığı yaranıb”, – Vardanyan gileylənib.

Qondarma “nazir” qəzetə onu da xüsusi olaraq vurğulayıb ki, digər Qarabağ erməniləri kimi o da bu Milad bayramında ailəsindən ayrı keçirmək məcburiyyətində qalıb. Belə duruma düşməsində isə əsas səbəbkar azərbaycanlı aksiya iştirakçıları sayılırlar: “Həyatımda ilk dəfədir ki, Milad bayramında ailəmdən ayrı salındım. Nə qədər ki, yol bağlı qalıb, Azərbaycanın “girov”u olacağıq”.

Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi “nazir” təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: “Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

AzVision.az

Həmçinin oxuyun

Zakir Qaralov 5 min manat pensiya alır

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub. Bu barədə Gununsesi.info-nun araşdırmazı …