Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub.

Belə ki, V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub. O, sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib. Onun dayısı Vaqif Axundov isə general-polkovnikdir. O, 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub. Qafqazinfo

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …