Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Cəmiyyət / Vaqif Əsədovun xidmət müddəti başa çatdı

Vaqif Əsədovun xidmət müddəti başa çatdı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

Bu gün V.Əsədovun xidmət müddətinin sonuncu günüdür.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir. Ehtimal edilir ki, o, təqaüdə göndəriləcək.

Əslində isə xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı, lakin V.Eyvazovun əmri ilə V.Əsədov 1 il də xidmətdə saxlanılıb.

Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

Həmçinin oxuyun

44 günlük müharibədə xidmət edən hərbi həkim: “Yaralı əsgərlər döyüşə qayıtmaq üçün təkid edirdilər”

26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində Musavat.com-un əməkdaşı tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevlə söhbətləşib. Həmsöhbətimiz …