Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Valideynlərin müdafiə etdiyi direktor işdən çıxarıldı – RƏSMİ

Valideynlərin müdafiə etdiyi direktor işdən çıxarıldı – RƏSMİ

Bakıdakı Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Məlumata görə, Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu noyabrın 27-də Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynləri məktəb direktorunun işdən çıxarılmasına etiraz əlaməti olaraq, aksiya keçirmişdlər. O zaman Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayılan məlumatları təkzib etmişdi.

Daha ətraflı: BAKIDA MƏKTƏBDƏ AKSİYA KEÇİRİLİB – Saxlanılan var (VİDEO

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …