Ana səhifə / Cəmiyyət / Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edir? – ŞƏRH

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edir? – ŞƏRH

İlin  sonuncu  qəbul  imtahanlarına  bir neçə gün qalıb. Abituriyentlər  ikinci dəfə imtahan verməklə, sonun cu şanslarından yararlanırlar.  Lakin bəziləri  istər birinci, istərsə də ikinci imtahan zamanı  zəif  nəticə bvcjgöstərməklə, psixoloji  yenilgidən özlərini xilas edə bilmirlər. Bunun bir çox səbəbləri  var. Bəlkə də ən birincisi, valideyn basqısıdır.
Lakin valideynlər  xüsusən  bu ərəfələrdə  diqqətli olmalı,  övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.
Ümumiyyətlə, imtahanlardan  sonra  abituriyentlərin  nəticəsi  zəif olduğu halda ailələrin  diqqət etməsi  lazım olan məsələlər   hansılardır?
Bununla  bağlı  AzEdu.az  psixoloqların fikrini öyrənib:
Psixoloq Gülnarə Səttarovanın sözlərinə görə , valideynlər  də  övladları ilə birlikdə sanki  imtahana girir, onlarla birlikdə  həyəcan keçirir, bəzən,  sevinib, bəzənsə, birlikdə kədərlənirlər. Bu, isə çox böyük xətadır:
“Valideynlər  bununla uşaqlarını motivasiya  etdiklərini düşünüb hər dəfə  bu haqda  danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər  önəmli olduğunu , gələcəkdə  uğurlu   fərd ola bilmələri üçün mütləq bu  imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar.
Əvəzində, imtahan nəticəsinin uğursuz  olduğu halda valideynlərin bu kimi psixoloji təsirləri  abituriyentdə  müəyyən  şüuraltı zədələrin yaranmasında mühüm rol oynayır”.
Onun  sözlərinə görə , imtahanlardan  sonra  valideynlər uşaqlarını  nəticədən asılı olmayaraq, mükafatlandırmalıdırlar.  İmtahan ballarını hesablamaq, “görəsən, hansı  universitetə,  fakültəyə daxil  olacaq”  təxminlərini etmək  yerinə,   birlikdə  dincəlmək və  zaman keçirməyə qərar  verməlidilər:
“Gələcəklə bağlı  neqativ  düşünmək  gənclərin  ovqatına   daha pis təsir edər.
Gələcəkdə bağlı hər  zaman  bir  seçim və  ümid var. İmtahan nəticələri bilinmədən  ehtimallar və seçimlər  üzərində danışmaq çox yararlı  olmaya bilər. Bu,  əksinə uşaqlara  olan sağlam münasibətlərinizə  zərər verə bilər. Başqalarının  yanında  inam qazandırmaq  lazımdır, tənqid etmək  yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!
Nəticə nə olursa, olsun  valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə  yetirməlidirlər.  Seçimləri düzgün  dəyərləndirməli , sakit və ağıllı  davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki   imtahanda uğursuzluqla  qarşılaşmaq,  həyatda da  hər zaman  uğursuzluqlarla  qarşılaşmaq demək deyil.  Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa təkrar hazırlamasına,  dəstək olun.  Uşağınız təkrar girmək istəmirsə, həyata  atılmağına kömək edin. Unutmayın!  Həyatda  bacarıqlı  və xoşbəxt  olmanın tək yolu  imtahan qazanmaq deyil, iş  həyatına başladıqdan sonra  təhsili  tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt  və işində bacarıqlı olan insanlar vardır”.
Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, əgər övladınız öz potensialına uyğun, yaxud, ondan aşağı bal toplayıbsa,  bu zaman  dünyanın sonu olmadığını bilməliyik  çünki hər il qəbul imtahanları  olur:
“Dövlətimiz   abituryentlərə  ümumiyyətlə, tələbə adını qazanmaq istəyən vətəndaşlara çox gözəl şərait yaradıb ki,  onlar dəfələrlə öz şanslarını, biliklərini yoxlasınlar.  Bu şansı valideynlər dəyərləndirməyi bacarmalıdırlar.
 Övladınıza birinci növbədə dəstək  olmalısınız,  onunla  dost kimi davranmalısınız.  Əgər o, sizi  yanında bir dost kimi  bilsə,    daim problemlərini  sizinlə bölüşəcək.   Əgər siz  söyləsəniz  ki,  “qonşunun uşağı  qəbul oldu, sən qəbul ola bilmədin”  bunun kimi  və s. sözlər işlənilsə,   o zaman təbii ki,uşaqda ağır  psixoloji   problemlərə, depresiyyalara, intihara , qidalanma nevrozlarına, nevrotik hallara  rast gələcəkdir. Ona görə də   bu halların qarşısını almaq üçün   mütləq ailə dəstəyi lazımdır”.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …