Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Cəmiyyət / “Valideyn məsuliyyətə cəlb edilməlidir” — Mehriban Zeynalova 17 yaşlı qızın İNTİHARINDAN DANIŞDI

“Valideyn məsuliyyətə cəlb edilməlidir” — Mehriban Zeynalova 17 yaşlı qızın İNTİHARINDAN DANIŞDI

“Zaqatalada 17 yaşlı Gülər İsmayılovanın özünü intihar hadisəsi bir daha göstərir ki, Azərbaycanda valideynin övlad üzərindəki şah idarəçilik qaydaları hələ də davam etməkdədir”.
Bunu “Ölkə.Az”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadınların zorla ərə verilməsi, erkən nigahla bağlı qanunvericilik bazası yaradılsa da, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qaydalarının olmasına, beynəlxalq konvensiyalara qoşulmasına baxmayaraq, hələ də məişət zorakılıq hallarına rast gəlirik. “Bu gün Azərbaycanda nəinki cəmiyyət və dövlət qurumları belə hadisələrə normal baxır. Çünki, insanlarımız hələ də valideyninin övlad üzərindəki idarəçiliynə mental bir qayda və ənənə kimi baxırlar. Düşünürlər ki, qız sabah özbaşınalıq edər, əxlaqsız ola bilər və sair. Ona görə də valideynin şah idarəçiliyi sonda belə acı nəticələrə gətirib çıxarır”- hüquq müdafiəçisi deyib.
M.Zeynalova bildirib ki, bu gün Azərbaycan ailəsində övladın hansı yaşında olmasından asılı olmayaraq, onun taleyi ilə bağlı məsələlərdə rəyi nəzərə alınmır: “İstər övladın 17, istərsə də 9 yaşı olsun. Təsadüfi hallarda övladın rəyi nəzərə alınır. İndi-indi övladın taleyi ilə bağlı məsələlər zamanı övladla birgə müzakirə edib qərar verilir”.
Hüquq müdafiəçisi hesab edir ki, bu hadisə ilə bağlı konkret addım atılmalıdır: “Valideynlər övladlarını məcburi qaydada başqasına ərə verdiyinə görə qanunverciliyinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Onlar məsuliyyətə cəlb olunmalıdır ki, bu hadisə digərlərinə görk olsun və uşaqlarının taleyi ilə oynamısınlar.
Məsələni başqa cür də həll etmək olardı. Valideyn övladı ilə məsələni birgə müzakirə edib, ona düzgün yol göstərməklə kömək edə bilərdi”.
Qeyd edək ki, qadını nikaha daxil olmağa məcbur etmə cinayət sayılır.
Konstitusiyaya və Ailə məcəlləsinə əsasən, nikah münasibətləri könüllülük əsasında qurulur. Bu səbəbdən də, nigaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb olur.

Həmçinin oxuyun

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb …