Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / Vahid Mustafayevə yeni vəzifə verildi

Vahid Mustafayevə yeni vəzifə verildi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş iclası keçirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə iclasın gündəliyində cari məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.

İttifaqın İdarə heyətinin iclasında qarşıda duran planlar barədə, Milli Kino Günü ilə bağlı, “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin nəticələri barədə , Milli Kino Mükafatının müəyyən olunması, Fəxri adların təqdimatı, İttifaqa üzvlüyə qəbulla bağlı və cari məslələr müzakirə olunub.

İttifaqın İdarə heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul ediliblər.

Bundan əlavə İttifaqın İdarə heyətinin yekdil qərarı ilə prodüser, rejissor, ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü qəbul edilib.

Həmçinin oxuyun

Dükanlara borclu qalan Xalq artistimiz: Yerişini də itirmək üzrədir… – Fotolar

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. 1964-cü …