Ana səhifə / Cəmiyyət / Vahan Martirosyan erməni xalqından üzr istəyib…

Vahan Martirosyan erməni xalqından üzr istəyib…

2015-ci ildə ailəsilə Ermənistandan qaçaraq ölkəmizə sığınan və Haqqin.az-ın xüsusi müxbiri işləyən Vahan Martirosyan öz milli xüsusiyyətlərinə uyğun hərəkət edərək, bu dəfə Azərbaycana arxa çevirib.
Azinforum.az Ovqat.com-a istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.
Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi erməni xəyanətinin səbəbini Martirosyana edilən siyasi başqılarla əsaslandırıb. Analitik mərkəzin müxtəlif mənbələrdə əldə etdiyi məlumatlara əsasən, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın təşkilatçılarından və ilk üzvlərindən biri olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır:
“Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılarsa, heç də təəccüblü olmayacaq. Ən yaxşı ehtimalda Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklər”-RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı Ovqat.com-a açıqlamasında belə deyib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın