Ana səhifə / Cəmiyyət / Vətəndaşlar jurnalistlərin Qarabağa və İrəvana getməsinə nə deyir? – VİDEOSORĞU

Vətəndaşlar jurnalistlərin Qarabağa və İrəvana getməsinə nə deyir? – VİDEOSORĞU

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin aprel 15-də baş tutan Moskva görüşündən sonra XİN rəhbəri Elmar Məmmədyarov tərəfindən danışıqların nəticələri açıqlandı.

Nazir görüşün nəticələrinə əsasən, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Dağlıq Qarabağa və İrəvana səfərlərinin təşkili ilə bağlı açıqlaması mətbuatda və ictimaiyyətdə ciddi fikir ayrılığı yaradıb. Media nümayəndələrinin bir qismi bu təklifi Ermənistan cəmiyyətindəki ictimai-siyasi mühitin öyrənilməsi baxımından faydalı olduğunu hesab etsə də, böyük əksəriyyət əleyhinə çıxıb.

Bu səfərlər üçün mühit yetişmədiyini deyənlərlə yanaşı, torpaqlarımız işğaldan azad edilmədən bunu yolverilməz hesab ediblər.

Bəs görəsən, bu məsələdə xalqın mövqeyi necədi? Sadə vətəndaşlar indiki mərhələdə jurnalistlərin İrəvana və Dağlıq Qarabağa səfər etməsinə, həmçinin erməni media nümayəndələrinin Azərbaycana gəlməsinə necə münasibət göstərirlər?

Musavat.com olaraq bu suallar ətrafında ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin bir-birindən fərqli mövqeləri ilə təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.


Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …