Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəmiyyət / “Vətəndaşın dövlətin təhlükəsizliyi naminə hansısa vacib bir məlumatı müvafiq orqanlara ötürməsində pis bir şey yoxdur”

“Vətəndaşın dövlətin təhlükəsizliyi naminə hansısa vacib bir məlumatı müvafiq orqanlara ötürməsində pis bir şey yoxdur”

“MTN işi” ilə bağlı keçirilən hər bir məhkəmə prosesi dövlətin və millətin təhlükəsizliyinə cavabdeh olmalı olan bu qurumun Eldar Mahmudovun quldur dəstəsi tərəfindən necə acınacaqlı duruma salındığını ortaya qoyur.

Növbəti prosesdə kod adlarla bəzi üzdəniraq media yırtıcılarının MTN-nin quldur dəstəsinin əlində çoxdəfəlik istifadə vasitəsinə çevrildiyinin ifşa olunması bu baxımdan xeyli düşündürücüdür.

Elə tanınmış media eksperti Qulu Məhərrəmli də Moderator.az-a açıqlamasında yaşananlardan üzüldüyünü deyir və bu biabırçılıqdan hər kəsin nəticə çıxarmalı olduğu qənaətindədir:

“Jurnalistlərin, mətbuat təmsilçilərinin hüquq mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidmətləri ilə əməkdaşlığa cəlb edilməsi yeni məsələ deyil. Sovet dövründə də belə hallar istisna deyildi, amma MTN işində bu məsələ ilə bağlı xeyli müəmmalar var. Ən ciddi məqam odur ki, adı çəkilən media qurumlarını kimin-MTN-in, yoxsa həmin şəxslərin yaratdığı bilinmir. Bu adamların mediadan əvvəl həmin təşkilatla bağlı olub-olmaması da bəlli deyil. Əslində peşəsindən asılı olmayaraq bir vətəndaşın dövlətin təhlükəsizliyi naminə hansısa vacib bir məlumatı müvafiq orqanlara ötürməsində pis bir şey yoxdur, əksinə bu, müsbət əməldir. Lakin açıqlanan məhkəmə məlumatlarından aydın görünür ki, burada tamam başqa məqsədlər var. Yəni burada söhbət başqa “əməliyyatdan”, yəni bəzi məmurların vəzifələrindən sui-istifadə edərək dövlət vəsaitini dağıtmasından, anlaşıqlı dildə desək, pul silməkdən gedir.

MTN məhkəməsi bir daha sübut etdi ki, dövlət maraqlarına yönəlmiş heç bir bəd əməl gizli qalmır. Anlamaq lazımdır ki, dövlət təhlükəsizliyinə xidmət adı altında saxta saytlar və gərəksiz qəzetlər təsis edib, birtərəfli, yalan nformasiyalar yaymaq, cəmiyyətdə çaşqınlıq yaratmaq, üstəgəl reketliklə məşğul olub imkanlı adamları şantaj etmək, həm medianın, həm də təhlükəsizlik orqanlarının adına ləkədir. Bu baxımdan hesab edirəm ki, MTN işi ilə bağlı ortaya çıxan biabırçı faktlar cəmiyyətdə, o cümlədən media sferasında çoxları üçün bir dərs olmalıdır”.

Həmçinin oxuyun

“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar. Bu haqda …

Bir cavab yazın