Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Cəmiyyət / Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar

Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar

“Bu ilin fevralından Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başladı və bu həftənin sonunda iclaslara yekun vuruldu. Bu çoxsaylı iclaslar zamanı 1000-dən artıq müraciətə baxıldı. Hər bir müraciətlə bağlı rəy qəbul edildi. Bu rəylər tövsiyə xarakterlidir. Rəylər texniki baxımdan hazırlanaraq cənab prezidentə təqdim olunacaq. Əfv hüququ cənab prezidentin müstəsna səlahiyyətinə daxildir. Ölkə başçısı kimlərin əfv olunacağı ilə  bağlı qərar verəcək”.
Bunu modern.az-a açıqlamasında  Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvünun fikrincə, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tarixi ərəfəsində – 28 mayda imzalana bilər:
“Lakin sərəncamın dəqiq hansı tarixdə imzalanacağı, bu sərəncamın nə qədər məhkuma şamil edilməsi prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid olduğu üçün qəti bir fikir söyləmək çətindir”.
Əliməmməd Nuriyev müraciətlərin kimlər tərəfindən edildiyini və hansı təfsilatda olduğunu açıqlamağı doğru saymayıb:
“Bu fərdi məlumatlardır və qanunla qorunur. Əfv Məsələləri Komissiyasının üzvləri kimlərin müraciət etməsi barədə məlumat verməkdə haqlı deyil. Bu, qanunvericilik qaydalarına, etik davranış qaydalarına ziddir. Amma onu deyə bilərəm ki, Cinayət Məcəlləsində nəzərdə tutulan əksər maddələrlə bağlı məhkum olunmuş şəxslərdən komissiyaya müraciət daxil olub. Sağlamlıq, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət, nəqliyyat  sahəsində olan cinayətlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, vətənə xəyanətlə bağlı  və digər kateqoriya üzrə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Amma konkret olaraq kimlərin müraciət etməsi barədə həmin şəxslərin özləri məlumat verə bilər”.

Həmçinin oxuyun

Yaqub Zurufçu nazirin qəbuluna gəldi – FOTO

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Nazir …