Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / Vəli Ələskərovun  işgəncələrinə məruz qalan baş çavuş Vasif Talıbova təşəkkür etdi

Vəli Ələskərovun  işgəncələrinə məruz qalan baş çavuş Vasif Talıbova təşəkkür etdi

Ötən aylarda Naxçıvan MR sakini, Şahbuz rayonu N saylı hərbi hissəsənin  baş çavuşu olmuş Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik.

Azinforum.az-a gizir Nizami Ağasıyevin ailəsi adından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanmış təşəkkür məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

“Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun qanunsuz hərəkətləri nəticəsində saxlanılan, işgəncələrə məruz qoyulan, Azərbaycan Ordusunun sıralarından təhqir edilərək qovulan, göstərdiyi cəsarət və igidliklərə görə şəxsən mərhum Heydər Əliyev tərəfindən dörd dəfə medallarla təltif edilən kəşfiyyatçı, gizir Nizami Ağasıyevin hüquqlarının bərpa edilərək Ordu sıralarına qaytarılmasında sərgilədiyi dövlətçilik mövqeyinə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova ailəmiz adından minnətdarlığımızı bildiririk.
İmzalar: Nizami Ağasıyev, anası Zərintac xanım və N.Ağasıyevin nümayəndəsi Qurban Məmmədov”

Qeyd edək ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Sonradan məlum olmuşdu ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb.

Həmçinin oxuyun

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada:”Qalib kimi gəlmişik”

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu …

Bir cavab yazın