Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Cəmiyyət / Vəkillər iyulun 30-da pulsuz xidmət göstərəcəklər

Vəkillər iyulun 30-da pulsuz xidmət göstərəcəklər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

Həmçinin oxuyun

Bakıda bəylə gəlin piketə düşdü (VİDEO)

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.Hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin …