Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Üzərində mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric olundu

Üzərində mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric olundu

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanlarda 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Həmçinin oxuyun

Polad Həşimovun anası Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin …