Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir… – FOTOFAKT

Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir… – FOTOFAKT

Parlamentin qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn, maaşından gileylənən deputatı Hadı Rəcəblinin Lənkərandakı biznesindən yeni fotolar əldə etmişik.

BakiPost.az-a göndərilən fotolarda millət vəkilinin uşaq xəstəxanasının özəlləşdirdiyi binasında fəaliyyətə başlayan “Mayak” hoteli öz əksini tapıb. Bu obyekt şəhərin mərkəzində yerləşir.

H.Rəcəbli həmin hotel-restoranın ona aid olmadığını desə də, sözügedən tarixi binanın özəlləşdirilməsində mühüm təsiri olduğu bildirilir.
Hazırda “Mayak” hoteli deputatın Lənkəranda Maliyyə İdarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun nəzarətində olduğu xəbər verilir.
İ.Rəcəbovun hotel biznesi oğlu tərəfindən idarə edilir. Deputatın qardaşı uzun illərdir ki, maliyyə rəisidir. O, azı 4-5 icra başçısı ilə işləyib və hər biri H.Rəcəblinin qardaşı ilə hesablaşıb.

Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir...

İndisə uşaq xəstəxanası hotelə çevrilib. Binanın birinci mərtəbəsi “Zaminbank”ın filialı olsa da, artıq bankın lisenziyası ləğv edilib deyə fəaliyyəti formal xarakter daşıyır.

Əldə etdiyimiz məlumata görə, “Mayak”da gecələmək 40 manatdır və bu məbləğə səhər yeməyi də daxildir.
Hotelin kafesi və restoranı fəaliyyətdədir. Lənkəranda bu obyektin Rəcəbovlar ailəsinə aid olduğunu bilməyən adam çətin tapılsın. Axşamlar “Mayak”ın kafesində canlanma müşahidə olunur. Hətta burada karaoke də var.

Bu bina uzun illər Lənkəran Dövlət Uşaq Xəstəxanası olub və tarixi binalar siyahısındadır.
Uşaq xəstəxanasının Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə birləşdirilməsindən sonra bina deputat və qardaşı tərəfindən alınıb.

Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir...
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir...
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir...
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir...

Həmçinin oxuyun

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli …

Bir cavab yazın