Cümə , Avqust 19 2022
Ana səhifə / Cəmiyyət / Uşaq bağçalarında niyə kamera yoxdur? – VİDEO

Uşaq bağçalarında niyə kamera yoxdur? – VİDEO

Uşaq bağçalarında kameraların olmaması valideynləri narahat edir. Belə hal əsasən də dövlət bağçarında müşahidə edilir. Bəs bağçalarda niyə müşahidə kameraları yoxdur?

Yaxud bağçalar nə vaxt tam kamera ilə təchiz olunacaq?

İsmayıllıda bağçada tərbiyəçinin azyaşlıya şiddət göstərməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Valideynlər azyaşlıya qarşı belə rəftarın olmamasını və bunu edən şəxslərin hüquqi müstəvidə cəzalandırılmasını istəyirlər.

Psixoloq Esmira Qafarova deyir ki, burada uşaq fiziki zorakılıqla yanaşı, həm də psixoloji zorakılığa məruz qalıb. Mütəxəssisin sözlərinə görə, uşaqların bu yaşda aldıqları psixoloji travma onların gələcək həyatlarına ciddi təsir edir.

Baş vermiş bu hadisə dövlət bağçalarının bir çoxunda  müşahidə kameralarının niyə qoyulmaması məsələsini  gündəmə gətirir. Bəzilərində kamera olsa da, valideynlər uşaqlarına həmin sistem vasitəsi ilə nəzarət edə bilmirlər. Əgər bu sistem olsaydı, tərbiyəçi azyaşlıya qarşı fiziki zorakılıq etməzdi.

İnformasiya Texnalogiyaları  üzrə mütəxəssis Elvin Abbasov hesab edir ki, istənilən bağçada uşaqların sinif, yemək və yataq otaqlarında bu sistemi qurmaq olar.

Bağçalarda valideynlərin nəzarəti üçün kamera sisteminin niyə qurulmamasına gəldikdə, Təhsil Nazirliyindən ”Xəzər Xəbər”ə bildirildi ki, hazırda bağçaların təhvil-təslimi həyata keçirilir. Bu işlər tam yekunlaşdıqdan sonra sözügedən məsələyə baxılacaq.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …