Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Uşağınıza məktəbdən gələrkən verəcəyiniz 20 vacib sual

Uşağınıza məktəbdən gələrkən verəcəyiniz 20 vacib sual

Valideynlər bir çox hallarda uşaqlarına məktəb haqda yalnış suallar verir və nəticədə də cavab nə valideyni, nə də uşağı qane etmir. Uşağımızın necə bir dərs günü keçirməsindən, məktəbdə nələrin baş verməsində həmişə maraqlı oluruq.

Moderator.az valideynlər tərəfindən uşaqlarına veriləcək vacib sualları təqdim edir:
1. Bu gün məktəbdə olan ən gülməli şey nə idi?2. Biri sənin üçün inanılmaz xoş bir hərəkət etdimi?3. Bu gün hansı yeni məlumatları öyrəndin?4. Nahara nə yedin?5. Tənəffüsdə nə oyunu oynadınız?6. Sinifdə burnunu qurdalayan birini gördünmü? 
7. Bu gün kimin üçün nə yaxşılıq etdin?8. Bu gün səni nə gülümsətdi?9. Bu gün səni çətinə salan nə oldu?10. Sinif yoldaşlarından biri nə vaxtsa müəllim olsa, kimi seçərdin?11. Özün sabah sinifin müəllimi olsaydın, nə öyrədərdin?12. Bu gün səni əsəbiləşdirən biri oldumu?13. Hələ dost olmadığın biri varmı ki, onunla dost olmaq istəyirsən?14. Tənəffüsdə sənin üçün ən yadda qalan maraqlı hadisə nə oldu?15. Müəlliminin ən vacib qanunu nədir?
16. Dərs ili bitənə qədər müəlliminin etmək istədiyi nə var?17. Sinifdə qarşında oturan şagird kimdir?18. Məktəbin ən əyləncəli yeri harasıdır?19. Sinifdə qaydalara riayət etməyən kimlərsə varmı?20. Məktəbdə oynadığınız oyunların hansında hədəfinə çatmaq istəyirsən?

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …