Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Ürəyi yanırsa, Ziya Məmmədov qudasıdır, ondan xahiş etsin”

“Ürəyi yanırsa, Ziya Məmmədov qudasıdır, ondan xahiş etsin”

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

“Qafqazinfo”-nun xəbərinə görə, M.Quliyev bildirib ki, Sabir Rüstəmxanlının parlamentdə M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adı çəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də, o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında “İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir.”

M. Quliyev əlavə edib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: “Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı, dəqiqləşmiş fikir söyləyərdi. Belə yarımçıq fikirlərin yeri yoxdur.”

M. Quliyevin fikirlərini dəstəkləyən spiker eyni zamanda ona məsləhət görüb ki, bəzi fikirlərində ehtiyatlı olsun.

Həmçinin oxuyun

Qızıl sürətlə bahalaşır – toylar azalacaq?

Bu həftə də qızılın qiymətləri yeni rekorda imza atıb. Yaxın Şərqdə artan geosiyasi gərginlik, İranın …

Bir cavab yazın