Ana səhifə / Cəmiyyət / Universitetlər gələn il də köçürülməyəcək? – AÇIQLAMA

Universitetlər gələn il də köçürülməyəcək? – AÇIQLAMA

Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssis hazırlayan təhsil komplekslərinin yaradılması nəzərdə tutulur.
Bu haqda 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində nəzərdə tutulur.
Layihədə qeyd edilir ki, ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.
Layihəyə əsasən, texniki-peşə təhsili üzrə yeni kurrikulumun, yeni ixtisas təsnifatının hazırlanması da nəzərdə tutulur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov cebhe.info-ya açıqlamasında bu haqda danışıb:
“Bu məsələ hələ ki, Milli Məclisdə müzakirə olunub. Məsələ ilə bağlı nazirlikdə hər hansı müzakirə olmayıb. Müzakirələr olduqdan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Artıq bir neçə ildir ki, Azərbaycanda universitetlərin köçürülməsi, bunun üçün xüsusi şəhərciyin yaradılması məsələsi gündəmdədir.
C.Valehov saytımıza açıqlamasında həmçinin universitetlərin köçürülməsi məsələsinə də münasibət bildirib:
“Universitetlərin köçürülməsi ilə bağlı məlumatlar yayılır. Məlumat kim tərəfindən yayılır, bilmirəm, onu deyə bilərəm ki, bu yanlış məlumatdır. Hazırda universitetlərin köçürülməsi məsələsi gündəmdə deyil”.

Həmçinin oxuyun

Məşhur aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş …