Ana səhifə / Cəmiyyət / “Ümid edirik ki, bacıoğlunun qanı batırılmayacaq”

“Ümid edirik ki, bacıoğlunun qanı batırılmayacaq”

Bu gün bacımın oğlu Nurəddin Mirzəzadənin Kəlbəcərin Zar kəndində hərbi xidmətdə olarkən müəmmalı şəraitdə şəhid edilməsindən 30 gün ötür. Bu vaxta qədər onun ölümü ilə bağlı aparılan araşdırmanın nə yerdə olmasıyla bağlı heç bir məlumat yoxdur. Nurəddin Mirzəzadə 4 ay idi hərbi xidmətdə idi və nümunəvi əsgər olub. Müdafiə Nazirliyi yaydığı ilkin məlumatda əsgərin eytiyatsızlıqdan vəfat etdiyini bildirsə də, bunun hansı şəraitdə baş verdiyi bəlli deyil. Üstəlik, onun ölümü ilə bağlı çoxsaylı şübhəli məqamlar var. Ümid edirik ki, Kəlbəcər hərbi prokurorluğu obyektiv araşdırma aparacaq, onun ölümünə bais olanları ortaya çıxaracaq. Bacıoğlunun qanı batırılmayacaq. Ailəsi olduqca pərişan vəziyyətdədir.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı …