Ana səhifə / Cəmiyyət / Ukraynadakı diaspor lideri Rövşən Tağıyevin “vurulmasında” Hikmət izi…

Ukraynadakı diaspor lideri Rövşən Tağıyevin “vurulmasında” Hikmət izi…

Bir neçə gündür ki, bəzi KİV-lərdə Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev barədə tənqidi məqalələrin dərc edildiyinin şahidi oluruq. Həmin yazılarda iddia olunur ki, tanınmış diaspor rəhbəri Ukraynada iştirak etdiyi hansısa tədbirdə erməni əsilli bir ictimai fəalla şəkil çəkdirib. Bu faktor az qala Rövşən Tağıyevin hansısa dəyərlərə xəyanət etdiyi kimi yozulmağa başlanıb. Rövşən Tağıyev həmin ittihamlara ilk cavabı Azinforum.az saytında verib və barəsində yazılanların heç bir əsasının olmadığını bildirib.
Azinforum.az bu xüsusda araşdırma aparıb. Ukraynadakı diaspor fəallarından biri saytımıza açıqlamasında bildirib ki, bütün bu kampaniya Rövşən Tağıyevə yönəlik qara piarın tərkib hissəsidir. Bizə həmçinin bildirildi ki, aparılan çirkin kampaniyanın arxasında Ukraynada fəaliyyət göstərən Hikmət adlı bir diaspor fəalı dayanır:

“Həmin adam Rövşən Tağıyevin gördüyü işləri, onun malik olduğu nüfuzu həzm edə bilmir. Bu səbəbdən də belə üsullara əl atır. Belə bir atalar sözü var: “Yel qayadan nəsə qopara bilməz”. Deyilən adamlar arasında müqayisə aparsaq, yerlə göy qədər fərq görərik. Biz Azərbaycan KİV-lərinin belə bölücülükdə yer almasını təəssüf hissi ilə qarşılayırıq”.

 

samir-adigozelli3

                                                                         Foto – Samir Adıgözəlli
Tez-tez Ukraynaya səfər edən və ordakı diasporun işinə yaxından bələd olan Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri və Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında bildirdi ki, Rövşən Tağıyev Azərbaycan diasporunun çox parlaq simalarından biridir:

“O, tək Ukraynanın sərhədlərinə sığan adam deyil. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları arasında xüsusi hörmətə malikdir. Biz soydaşlarımızla bağlı yaranan bütün problemlərə Rövşən Tağıyevin həssas münasibətinin şahidi olmuşuq. Çox təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bəzi KİV-lər bu kampaniyada iştirak edir. Mən ölkə jurnalistlərini bu cür həssas məqamlarla bağlı diqqətli olmalarını istərdim. Çünki istənilən ölkədəki diasporumuz mənəvi gücü Vətəndən alır”.
M. MİRZƏ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın