Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Ukraynada mühasirədə olan azərbaycanlı TIR sürücüsü: Çarəsiz qalmışam – VİDEO

Ukraynada mühasirədə olan azərbaycanlı TIR sürücüsü: Çarəsiz qalmışam – VİDEO

Azərbaycanlı tır sürücüsü bir aya yaxındır ki, Ukraynada mühasirədə qalıb. “Xəzər Xəbər”ə danışan Arif Əliyev  adlı sürücü oradakı vəziyyətin ürəkaçan olmadığını bildirib. Həyatının təhlükədə olduğunu deyən Arif Əliyev qısa zamanda təxliyə olunmasını istəyir.

Ukraynada Çerniqov vilayətinin Kryükov şəhərində Azərbaycan şirkətinə məxsus tır və sürücüsü rusların işğal etdiyi ərazidə mühasirəyə düşüb. Sürücü Arif Əliyev 1 aya yaxındır ki, ərazidən çıxa bilmədiklərini deyir. Sürücünün sözlərinə görə, onunla bərabər Gürcüstan və Türkiyə şirkətlərinə məxsus yük maşınları və sürücüləri də mühasirədədirlər.

Türkiyə vətəndaşı ilə birlikdə təhlükəli ərazidə qalan həmvətənimiz Ukraynadan təxliyə olunmasını istəyir.

Bu arada, son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailə təxliyə olunub. Bunu “Xəzər Xəbər”ə açıqlamasında Ukraynanın Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin rəhbəri Əliş Səfərov deyib. Onun sözlərinə görə, ölkənin daha qaynar nöqtələrindən çıxan azərbaycanlılar və ukraynalılar üçün Ukraynanın Zakarpatiya bölgəsində müvəqqəti yerlər kirayələnib ki, təxliyə olunan ailələr sərhəd bölgəsində növbə gözləyərkən küçələrdə qalmasınlar.

Əliş Səfərov hazırda təxliyə prosesinin davam etdiyini bildirib.

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …