Ana səhifə / Cəmiyyət / Ukraynada azərbaycanlı kişi həyat yoldaşı və iki övladı ilə itkin düşüb – VİDEO

Ukraynada azərbaycanlı kişi həyat yoldaşı və iki övladı ilə itkin düşüb – VİDEO

Ukraynada müharibə davam edir. 

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkənin mərkəzi və cənub vilayətləri Rusiya ordusunun kütləvi dron və raket hücumlarına məruz qalıb.

Məlumata görə, Donetsk vilayətinin Uqledar və Baxmut şəhərlərindəki döyüşlər intensiv davam edir, hər iki tərəfdən xeyli itkilər var.

“Ötən gecə ərzində ümumilikdə cəbhədə 600-dən çox Rusiya hərbçisi məhv edilib”, – deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Baxmutda Ukrayna vətəndaşı olan azərbaycanlı Əli Hacıyev, onun həyat yoldaşı və iki yeniyetmə övladı itkin düşüb.

Həmçinin oxuyun

Deputat DGK-nın “tuman əməliyyatı“ndan danışdı

Milli Məclisin deputatı Vahid Əhmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim …