Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Ukraynada azərbaycanlı biznesmenlərin silsilə qətli erməni terroruna bağlandı

Ukraynada azərbaycanlı biznesmenlərin silsilə qətli erməni terroruna bağlandı

İsmayıl Ağayev: “Bir vaxtlar türk millətindən olan diplomatların qanına susayan ermənilər indi də iş adamlarımıza keçiblər. Bunu durdurmaq lazımdır”

“Biz bütün istintaqı diqqətdə saxlamalıyıq və çalışmalıyıq ki, yalnız cinayətin icraçıları deyil, eyni zamanda təşkilatçıları da məsuliyyətə cəlb olunsun”
Ukraynanın Xerson vilayətində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı cinayət işi çərçivəsində bir nəfər saxlanıb. V.Nuruşovun qardaşı İlqar Nuruşov bildirib ki, saxlanan şəxs milliyyətcə erməni, ehtiyatda olan milis generalı, iş adamı Luqasyanın mühafizəçisi, Ukrayna vətəndaşı, 22 yaşlı Rostislav Brinskidir.
Xerson polisi tərəfindən saxlanan R.Brinski ilkin ifadəsində V.Nuruşovu öldürdüyünü etiraf etsə də, cinayətin digər iştirakçılarının və sifarişçinin kimliyini, hələ ki, etiraf etməyib. İstintaq davam edir.
Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu Xersonda qətlə yetirilib. Eyni şəhərdə daha bir azərbaycanlı – İlham Tağıyev də öldürülüb. İlqar Nuruşov qardaşının şəhərdəki bazarın erməni sahibi, milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər”.
Qətldə erməni izinin olması ilə bağlı xüsusi narahatlığını ifadə edən Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri və Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açıqlamasında bildirdi ki, Ukraynadakı soydaşlarımızın silsilə qətlləri onları ciddi narahat edir:

“Sizin qəzet vasitəsilə biz hər zaman həmin hadisələrə münasibətimizi açıqlamışıq. Bizim İcra Aparatından da qətllərlə bağlı bildirilib ki, hadisələrdə sadə kriminal iz istisna edilir. Bununla bağlı yerli diaspor fəallarımızla da sıx təmaslarımız olub. İstintaqların obyektiv aparılması üçün Ukraynanın əlaqədar qurumlarına müraciətlər ünvanlamışıq. Hər zaman bəyan etmişik ki, soydaşlarımızın qətlinin kökündə milli mənsubiyyət faktoru dura bilər. Artıq ehtimallarımız öz təsdiqini tapır. Xersondakı hadisədən erməni barmağı çıxdı. Həmin iş adamı çox fəal və vətənpərvər insan olub. Hətta bizdə olan məlumata görə, mövqeyini açıq ifadə etməsi səbəbindən onunla ermənilər arasında bir neçə dəfə konflikt də yaranıb. Artıq əlavə şərhə ehtiyac yoxdur.
Bu qətlin arxasında ermənilər durur. Şübhə etmirəm ki, digər oxşar hadisələr də onlarla bağlıdır. Biz bütün istintaqı diqqətdə saxlamalıyıq və çalışmalıyıq ki, yalnız cinayətin icraçıları deyil, eyni zamanda təşkilatçıları da məsuliyyətə cəlb olunsun və ermənilərin çirkin əməlləri ifşa edilsin. Bir vaxtlar türk millətindən olan diplomatların qanına susayan ermənilər indi də iş adamlarımıza keçiblər. Bunu durdurmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın