Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / “Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur”

“Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur”

Son zamanlar avtomobildə olan akkumulyatorların partlaması hadisələri ilə rastlaşırıq. Təbii ki, belə hadisələr təhlükəlidir və hadisə nəticəsində vətəndaşlar da xəsarət alırlar. 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, akkumulyatorlara müdaxilə edildiyi üçün belə hallar baş verə bilər:
“Bizim ölkəmizə gətirilən bütün ehtiyat hissələrinin, o cümlədən akkumulyatorların keyfiyyəti şübhəlidir. Ən aşağı keyfiyyətə malik olan ehtiyat hissələri satılır. Bakıda bir çox yerlərdə akkumulyatoru təmir edirlər. Akkumulyatorun partlaması onun içində olan kimyəvi maddələrin proseslərinin pozulması nəticəsində də baş verə bilər”. 
Avtomobil üzrə elektrik Elnur Əsgərov Moderator.az-a açıqlamasında akkumulyatorların daha çox gücə düşərkən partaldığını bildirdi:
“Akkumulyatorlar daha çox gücə düşəndə, müdaxilə ediləndə və başqa avtomobilə qoyulanda partlaya bilir. Akumulyatorlar maşın hərəkətdə olarkən partlamır. Bu cür hallar mobil telefonlarda da baş verir. Əvvəllər akumulyatorlar ağır olduqları üçün tək adam götürə bilmirdi. İndi isə akumulyatorlar çox yüngüldür. Hətta arakəsmələri də çox nazik hazırlanır. Keyfiyyyətli akumulyatorların qiyməti 300 manatdan 500 manata qədər dəyişir. Bundan da ancaq şirkətlər istifadə edir. Bizim sürücülər isə 120 manata olan ucuz akkumulyatorlar alırlar və bunları da uzun müddət istifadə etmək olmur”.  
Qeyd edək ki, dünən İsmayıllı rayonunda Ağanəzər Asvarovun idarə etdiyi avtomobildə akkumulyator bomba kimi partlayıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. 

Həmçinin oxuyun

Cəbhəboyu ərazilərdə minalar zərərsizləşdirildi – Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, …