Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Üç rayonun icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb

Üç rayonun icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb

Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.

Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

İsmayıllı rayonunda isə tikinti xərcləri üzrə 39853 manat maliyyə yayınması aşkarlanıb və bu vəsait də bərpa olunub.

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …