Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Üç jurnalist imzasının siyahıdan çıxarılmasını tələb etdi – Adlar

Üç jurnalist imzasının siyahıdan çıxarılmasını tələb etdi – Adlar

Azinforum.az-ın məlumatına görə, bu gün sosial şəbəkələrdə bir qrup jurnalistin imzası ilə dövlət başçısına ünvanlanan müraciətin mətni yayılıb. Müraciətdə bu yaxınlarda öldürülən jurnalist Rasim Əliyevin cinayət işinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunan futbolçu Cavid Hüseynovun azadlığa buraxılması xahiş edilir. Qeyd edək ki, həmin müraciət birmənalı qarşılanmayıb və əksər tanınmış media təmsilçiləri tərəfindən qınanılıb.

Sonradan bəlli olub ki, imzası olan  jurnalistlərin bəzilərinin məsələnin mahiyyətindən xəbəri olmayıb. Artıq müraciətdə imzalarının olduğu bildirilən: Ruslan Bəşirli, Aqil Camal və Peyman Sadıqov adlarının həmin siyahıdan çıxarılması ilə bağlı KİV-lərə müraciət ediblər.

Jurnalist Peyman Sadıqov Azinforum.az-a açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi saytın və şəxsən öz adının müraciətdə çəkilməsinin qəti şəkildə əleyhinədir: “Anlaşılmazlıq nəticəsində mənimdə adımı qeyd ediblər. Bütün media orqanlarının rəhbərlərindən xahiş edirəm ki, mənim saytımın adını və şəxsən öz adımı həmin müraciətdən çıxarsınlar. Çünki mən elə başa düşmüşəm ki, söhbət 7gun.az saytının baş redaktoru Cavid Şirəliyevdən gedir”.

P.S. Qeyd edək ki, artıq 4-cü jurnalist – Razi Abbasbəyli də  adının həmin müraciətə yazılmasına etiraz edib. O da adının siyahıdan silinməsini istəyib.

Vidadi,

Azinforum.az

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …

Bir cavab yazın