Çərşənbə , Mart 3 2021
Ana səhifə / Cəmiyyət / “Üç dəfə ərə getdim, üçü də öldü…“ – Azərbaycanlı bəstəkardan heyrətamiz açıqlamalar

“Üç dəfə ərə getdim, üçü də öldü…“ – Azərbaycanlı bəstəkardan heyrətamiz açıqlamalar

“Üç dəfə ərə getdim, üçü də öldü… Üçüncü ərim sahə müfəttişi idi, yalvardı mənə ki, evlənək, sənsiz yaşaya bilmirəm”.

Bu sözləri bir zamanlar dillər əzbəri olan çoxsaylı mahnılarımızın unudulmuş müəllifi bəstəkar Əntiqə Ələkbərova lent.az-a müsahibəsində deyib.

Bəstəkar şəxsi həyatı ilə bağlı heyrətamiz açıqlamalar verib: “Mənim üç ərim olub. Birincisi qaraciyər problemindən öldü. Anam məni zorla ərə vermişdi. Dedim getmirəm, məni həkimlə qorxutdu ki, apararam səni həkimə. Uşaq idim də. O öləndən sonra bir oğlumla qaldım. Çox qısqanc idi, xəstəxanadan evə çıxmışdım, halsız, zəif idim. Mənə deyirdi ki, yəqin hansısa həkimlə olmusan. Mən də hirsləndim, dedim ki, məni bu şərlə necə yandırdınsa, Allah da səni yandırsın. Səhər xəbər gəldi ki, ərin yanıb. Elektrik idi.

İkinci dəfə sevdiyim aktyor Ömər Şərifə oxşayan bakılı oğlanla tanış oldum. Mənə pis baxmazsınız yəqin, üç ay onunla yaşadıq, sonra evləndik. O da qəzaya düşdü, rəhmətə getdi. Oğlumu da Almaniyada öldürdülər, hərbçi idi. İkinci ərimdən də qızım var. O da çox qısqanc idi.

Üçüncü ərim sahə müfəttişi idi, mənə yalvarırdı ki, evlənək, sənsiz yaşaya bilmirəm. Üç il  bir yerdə yaşadıq sonra bildim ki, ailəsi varmış. Yoldaşından ayrılmaq istəyirdi, amma yuxarılarda qohumu olduğu üçün boşamırdı. Xanımına deyib ki, “Ətiqədən ayrıla bilmirəm”, o da buna xox gəlib ki, onda poqonlarından ayrılarsan. Ondan əkiz qızlarım oldu, onlar da uşaqlıqdan ipə-sapa yatmadılar, evdən pul götürüb aparıb məktəbdə sağa-sola xərcləyirdilər, qarşıların ala bilmirdim. Qardaşım onların iksini də aparıb özü saxladı. İndi də ərə gediblər, xaricdə yaşayırlar. Tənhalıq çox pisdi. 76 yaşım var, tək qalmışam”.

Həmçinin oxuyun

Əfv Komissiyasında baxılan müraciətlərin sayı 550-ni keçdi

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən …