Cümə , Oktyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Üç ali təhsili olsa da, səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı – FOTO

Üç ali təhsili olsa da, səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı – FOTO

Ukraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində köməksiz vəziyyətdə qalan azərbaycanlı Yusif Nağıyev Vətənə göndərilib. 

Bununla bağlı Mariupol azərbaycanlıları cəmiyyətinin nümayəndəsi Ayxan Hacıbəyli sosial şəbəkədə məlumat verib. 

O, bu işdə Y.Nağıyevə yardımçı olan şəxslərə təşəkkür edib. 

Qeyd edək ki, Y.Nağıyevlə bağlı ilk məlumat 2018-ci il sentyabrın 19-da “0629” nəşrində yayımlanıb. O, göz yaşları içində insanlardan yardım istəyib. Bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıdanda isə qapı bağlı olub.

Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib. Beləcə, səfil həyatına başlayıb və 2018-ci ilin qışında don vurmuş ayağı amputasiya edilib. 

56 yaşlı şəxs üç ali təhsili olduğunu deyib və əlavə edib ki, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var.

Bundan sonra, Azərbaycanın Kiyevdəki səfirliyi məsələyə qarışıb və onun vətənə qaytarılması üçün işlərə başlayıb. 

Xatırladaq ki, o, Göyçay rayonunda doğulub və 1992-ci ildə işləmək üçün Mariupol şəhərinə gedib. 

oxu.az

Həmçinin oxuyun

Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə …