Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / “Tutan da, oğurlayan da, yeyən də özləridir” – Xalq artisti

“Tutan da, oğurlayan da, yeyən də özləridir” – Xalq artisti

“Göyərtinin qiymətinəcən hər şeyin qiyməti qalxıb. Heç gör bu haqda danışan varmı?”

Bu sözləri Yenisabah.az-a xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor son vaxtlar müzakirə mövzusuna çevrilən qiymət artımı barədə fikirlərini bölüşüb:

“Bütün bu problemlərin səbəbi icra strukturlarının bir adamın, bir tayfanın əlində cəmləşməsinə görədir. Bütün faciə bundadır, cinayət də buradan başlayır, çünki tutan da, oğurlayan da, yeyən də özləridir. Nəticədə çox ciddi sosial narazılıq yaranır, ictimai haqsızlıq baş alıb gedir. Bir idarədə nə qədər artıq şöbə, ştatlar var. Göyərtinin qiymətinəcən hər şeyin qiyməti qalxıb. Heç gör bu haqda danışan varmı? Çünki malı gətirən də özləridir, satıb pulu qazanan da, qiyməti qaldıran da. Onlar xalqı hər tərəfdən çapıb, talayırlar, böyük sosial narazılıq, inqilab yaradırlar. 5-10 ildən sonra vəziyyət necə olacaq?  İndidən bu haqda düşünmək lazımdır”. 

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …