Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Türkiyənin NATO-dan antiterror dəstəyi xahişinin pərdəarxası…

Türkiyənin NATO-dan antiterror dəstəyi xahişinin pərdəarxası…

Arzu Nağıyev: “NATO-nun əsas məqsədlərindən biri Suriya
hakimiyyətini dəyişməkdir, Türkiyə isə bu məsələyə başqa cür yanaşır”

“NATO-nun bu məsələlərə qarışması artıq böyük savaş deməkdir”

Türkiyə NATO-nu növbədənkənar yığıncaq keçirməyə çağırıb. Bu barədə “Milliyet” qəzeti xəbər verir. “Biz müttəfiq ölkələri son günlər Türkiyənin terrorizmə qarşı atdığı addımlar barədə məlumatlandırmaq məqsədilə NATO-nu növbədənkənar yığıncaq keçirməyə çağırdıq”, – Türkiyə XİN-nin bəyanatında deyilir.
NATO baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi toplantının iyulun 28-də keçiriləcəyi bildirilir.
Maraqlıdır ki, NATO-nun ən böyük dövlətlərindən olan Türkiyədə baş verənlər NATO-nun narahatlığı üçün kifayət qədər əsas verir. Ancaq, nədənsə, toplantının keçirilməsinə NATO deyil, Türkiyə təşəbbüs göstərib.
Bu hansı səbəbdən belədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, keçirilən bu əməliyyatlarda Türkiyənin NATO-dan fərqli olaraq öz özəl maraqları var: “Son uçuşlar və endirilən aviazərbələr vaxtı Türkiyə “İncirlik” bazasında olan NATO təyyarələrindən deyil, öz hərbi hava qüvvələrindən istifadə edib və görünür ki, mühüm nəticələr əldə edib. Türkiyə NATO-nun toplanması ilə bağlı müraciət etmək üçün ortaya faktlar qoymalı və ümumi maraqları göstərməlidir. Məlumdur ki, NATO qüvvələri PKK-ya qarşı heç bir əməliyyat həyata keçirmir və bunu Türkiyənin daxili problemi kimi qəbul edir. İŞİD-ə gəldikdə isə düşünürəm ki, belə bir müraciət olsa, NATO-nun yığıncağının keçirilməsi vacib olacaq. Bu məsələnin də bir tərəfi Suriya problemidir. Məlumdur ki, NATO-nun əsas məqsədlərindən biri Suriya hakimiyyətini dəyişməkdir, Türkiyə isə bu məsələyə başqa cür yanaşır, çünki Rusiya faktoru da var. NATO-nun bu məsələlərə qarışması artıq böyük savaş deməkdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın