Şənbə , Fevral 23 2019
Ana səhifə / Cəmiyyət / Türkiyəli kişi ilə ailə quran Azəbaycanlı qadın ölkədən qovuldu – Qızı ilə birlikdə (FOTO)

Türkiyəli kişi ilə ailə quran Azəbaycanlı qadın ölkədən qovuldu – Qızı ilə birlikdə (FOTO)

Azərbaycan əsilli həyat yoldaşının müvəqqəti vətəndaşlıq ala bilməsi üçün lazımı pulu imkansızlıq üzündən ödəyə bilməyən 49 yaşlı Türkiyə vətəndaşı İhsan Ekşi kömək istəyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o ailəsinin dağılmaması üçün səlahiyyətli şəxslərin ona maddi dəstək olmasını xahiş edib.  Anasının xəstəliyi səbəbi ilə Azərbaycana gələn və yenidən Türkiyəyə qayıda bilməyən İhsan Ekşi həyat yoldaşı 5 yaşlı qızı ilə Naxçıvanda qalır.  Ailəsinə yaxın ola bilmək üçün İhsan Ekşi özü isə  İğdirdə xəstəxanaların birinin həyətində yatır.

Bildirilir ki, Sakaryada restoran sahibi olan İhsan Ekşi 2013-ci ildə  yaxınlarının tövsiyyəsindən sonra Könül Teymurova ilə tanış olub evlənib. Cütlüyün bu evlilikdən Dərya adlı bir qızı var. İ.Ekşi, maddi durumundakı problemlər üzündən restoranını bağladıb Bolu bölgəsinin Düzce mahalındakı bir restoranda aşçı kimi işləməyə başlayıb.

Həyat yoldaşına müvəqqəti yaşamaq icazəsi almaq üçün hər il ödəməli olduğun 700 TL-ni də ödəyə bilmir.

Bundan sonra Könül Teymurova Türkiyədə miqrant kimi qəbul edilir. Cütlük  Teymirovanın anasının xəstələndiyi üçün Naxçıvana getməli olub. Geri qayıtmaq istədiklərində isə Teymirova Türkiyəyə buraxılmayıb. Onun haqqnda deportasiya qərarı verilib. İ.Ekşi, qızını həyat yoldaşı ilə qoyub, Türkiyəyəy qayıtmaq məcburiyyətində qalıb.

Həmçinin oxuyun

Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi

Bu gün Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb. Modern.az xəbər …