Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədən son xəbər: 60 ölü, 130 həbs

Türkiyədən son xəbər: 60 ölü, 130 həbs

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.

Azinforum.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, hazırda qiyamla bağlı 130 nəfər həbs olunub. Baş nazir qiyamda iştirak edən bir generalın öldürüldüyünü qeyd edib. Bildirib ki, həbs olunanlar arasında polkovnik rütbəsində olan hərbçilər də var.

Binəli Yıldırım, həmçinin günorta saatlarında bütün deputatları parlamentin fövqəladə iclasına çağırdığını deyib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın