Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Türkiyədən ölkəmizə gələnlərin sayı azalıb

Türkiyədən ölkəmizə gələnlərin sayı azalıb

Türkiyədən ölkəmizə gələn turistlərin sayı azalıb.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu isə 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

Həmçinin oxuyun

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada:”Qalib kimi gəlmişik”

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu …