Ana səhifə / Cəmiyyət / TÜRKİYƏDƏ XOCALI QURBANLARININ XATİRƏSİNƏ  SALINAN PARK AÇILDI – VİDEO

TÜRKİYƏDƏ XOCALI QURBANLARININ XATİRƏSİNƏ  SALINAN PARK AÇILDI – VİDEO

Azinforum.az xəbər verir ki, noyabrın 4-də Türkiyənin Dənizli Böyük Şəhər Bələdiyyəsi “Xocalı” qətliamının anımına inşa edilən “Azərbaycan-Qarabağ” parkının  açılış mərasimini təşkil edib.

Dənizli bələdiyyə sədri 1992-ci ilin 25 fevral gecəsi yaşanan Xocalı qətialmının anımı üçün bir park və abidə inşa etdirib. Ali Marım bulvarında yaradılan “Azərbaycan-Qarabağ” parkı insanlıq tarixinə qara bir ləkə olaraq keçən Xocalı qətliamının unudulmaması üçün qurulub.

Parkda Xocalı qətliamında həyatını itirən 613 nəfərin xatirəsinə abidə də tikilib.

“Azərbaycan-Qarabağ” parkının Dənizli Böyük Şəhər Bələdiyyə sədri Osman Zolan və Azərbaycanın millət vəkili Qənirə Paşayevanın iştirakı ilə  açılışı həyata keçirilib.

ŞƏLALƏ CƏSUR,

AZİNFORUM.AZ

 

de4

 

den3

den2

 

den1denizli

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın