Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq (FOTO)

Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq (FOTO)

Vətən müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı Türkiyənin Balıkesir şəhərində yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.
Bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.
Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb.
O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 

Həmçinin oxuyun

Baba Vəziroğlu: “Nə qədər ki, danabaş olacağıq, icra başçılarımız da belə olacaq”

Azərbaycan ədəbiyyatında müsbət din xadimi obrazına rast gəlmək mümkün deyil. Din xadimləri hər zaman tənqid …