Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə silsilə terror aktlarının kökü…

Türkiyədə silsilə terror aktlarının kökü…

Arzu Nağıyev: «Bu, Türkiyə təhlükəsizlik qüvvələrinin işindəki boşluqlardan xəbər verir»
«Əsasən xarici qüvvələrin təsiri böyükdür»
Üç gün əvvəl bütün Türkiyə ərazisində elektrikin kəsilməsi, daha sonra ard-arda baş verən üç terror olayı ölkənin milli təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Martın 31-də səhər saatlarında, Van istisna olmaqla, Türkiyənin bütün ərazisində elektrik olmayıb. Problemin çözümü 10 saatdan çox zaman aparıb.
Gündüz saatlarında isə İstanbul Çağlayan Ədalət Sarayında «Gəzi Parkı» olaylarının qurbanı Berkin Əlvanın işini aparan prokuror Mehmet Selim Kiraz girov götürülüb və təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda həlak olub. Aprelin 1-də isə AKP-nin Kartal bölməsinin ofisinə silahlı hücum olub. Polislər terrorçuları tərksilah edib və prokurorluğa aparıblar.
Apreli 1-i Bakı vaxtı ilə saat 20 radələrində Türkiyə daha bir terrorla üzləşib. Vatan caddəsində yerləşən İstanbul Əmniyyət Müdürlüyündə atışma olub. İlkin informasiyaya görə, 2 terrorçu Əmniyyət Müdürlüyünün binasını atəşə tutub. Musavat.com qardaş ölkə mediasına əsasən xəbər verir ki, onlardan biri qadın olub. Həmin qadın «canlı bomba» adlanan intihar terrorçusu olub. Olaya dərhal müdaxilə edən polislər onlardan birini zərərsizləşdirib. Aldığı güllə yarasından terrorçu olay yerində ölüb. Atışmada 2 polis yaralanıb.
İki gün ərzində Türkiyəni çalxalayan belə hadisələrin baş verməsi təsadüfdür, yoxsa bunların təşkilində xarici qüvvələrin əli var?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, cənab Ərdoğan İranla bağlı bəyanat verdikdən sonra bu hadisələrin baş verməsi olduqca maraqlıdır: «Eyni zamanda Yəmən hadisələrinin də təsiri mümkündür. Yəni hər iki halda bu Türkiyənin təhlükəsizlik qüvvələrinin işindəki boşluqlardan xəbər verir. Paralel olaraq amnistiya məsələsi də təsir edən amildir.
Burada əsasən xarici qüvvələrin təsiri böyükdür. Çünki belə risqli əməliyyatlar, özü də dövlət məmurlaı ilə bağlı, ancaq xarici qüvvələrin təsiri ilə edilə bilər. Daha doğrusu, atılacaq hər hansı addımla bağlı xəbərdarlıqdır.
Burada da əsas məqsəd hər zaman təhdidlərin olacağını nəzərə çatdırmaqdır.
Göründüyü kimi, bunun arxasından PKK deyil, inqilabi radikal qüvvələr çıxdı».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın