Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Cəmiyyət / Türkiyədə müalicə alan qazi: “İki qolum kəsilsə belə dava olarsa, yenə getməyə hazıram!”

Türkiyədə müalicə alan qazi: “İki qolum kəsilsə belə dava olarsa, yenə getməyə hazıram!”

Qusarın Kuzun kəndindən olan qazi yenə döyüşə hazır vəziyyətdə olduğunu bildirib.

“Report”un Şimal bürosu Vətən müharibəsində qazi olaraq Türkiyədə müalicə alan gənclə həmsöhbət olub.

1999-cu ildə Qusar rayonunun Kuzun kəndində anadan olan Elşad Əlmurad oğlu Rəsulov həmin kənddə orta təhsil aldıqdan sonra, həqiqi hərbi xidmətə yollanıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiya Federasiyasına işləmək üçün getsə də yenidən Vətəndə yaşamağı üstün tutub.

Vətəndə tikinti işlərində çalışan E.Rəsulov, Vətən Müharibəsi ərəfəsində könüllü olaraq, hərbi təlimlərə qoşulub.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində döyüş yolu Füzulidən başlayıb.

Fizuli-Cəbrayıl-Hadrut-Xankəndi istiqamətində döyüşərək irəliləyərkən Xankəndi yaxınlığında 5-6 metrlikdə pusquda duran düşmən tərəfindən iki güllə yarası alır.

Bir müddət yoldaşları ilə yaralı vəziyyətdə mühasirədə qalmasına baxmayaraq, əks həmlə edən digər döyüş yoldaşları onları mühasirədən çıxarmağa müvəffəq olur.

Yaralı vəziyyətdə Bakıya çatdırılan Elşadın vəziyyəti ağır olduğundan həkimlər “YAŞAT” Fonduna müraciət edərək, müalicənin yalnız Türkiyə Respublikasında mümkün olduğunu bildirirlər. “YASAT” Fondu çevik reaksiya verərək, Elşadla birgə digər 2 qazini də müalicə üçün Türkiyəyə göndərir.

Türkiyədə bir müddət müalicə aldıqdan sonra qazilərin müalicəsini Vətəndə davam etdirilir. Qeyd edək ki, onun müalicəsi Türkiyədə 104 914.2 AZN təşkil edib.

Hazırda, müalicə alan qazimiz vətənpərvər ruhda danışaraq, yenidən Vətənin səsinə səs verməyə hazır olduğunu bildirib. Sol tərəfindən dəyən güllə sağ tərəfdən çıxdığından hər qolunu hərəkətsiz qoyub. Edilən müalicələr nəticəsində, müsbət nəticələr əldə edilib.

Qeyd edək ki, qazi “Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

“43 min nəfərin narazı olması normaldır” – Nazir

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 …